azia.az
azia.az

Müharibə bitdi, erməni əsgərlərin cəsədləri hələ də soyuduculardadır

29-10-2021, 10:11


Müharibə bitdi, erməni əsgərlərin cəsədləri hələ də soyuduculardadır
İkinci Qarabağ müharibəsinin başa çatmasından bir il keçməsinə baxmayaraq, Metsamor qəbiristanlığında ölüxananın soyuducularında hələ də müharibədə həlak olmuş yüzdən çox erməni əsgərinin meyiti və qalıqları qalır. Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinin məlumatında deyilir.

Bildirilir ki, ölənlərin meyitləri müəyyən edilib, adları saxlandıqları polietilen torbaların üzərində yazılıb. Lakin ölənlərin valideynləri və yaxınları analizlərin nəticələrinə inanmaq istəmədikləri üçün onları götürmək istəmirlər.

“Demək olar ki, bütün cəsədlərin tanınmasına və məhkəmə-tibbi ekspertizasının nəticələri barədə valideynlərə məlumat verilməsinə baxmayaraq, onlar cəsədləri götürməkdən imtina edir və bizdən başqa sübutlar gözləyir”, - deyə məhkəmə tibbi tədqiqat mərkəzinin şöbə rəisi Sergei Abqaryan bildirib.

Qeyd olunur ki, Metsamor ölüxanasında yalnız bir neçə cəsədin şəxsiyyətini müxtəlif səbəblərdən müəyyən etmək mümkün olmayıb.

Bir neçə ay əvvəl səhiyyə naziri Anahit Avanesyan bəyan etmişdi ki, meyitlər Metsamor qəbiristanlığının ölüxanasından götürülməsə, Ermənistan hökuməti ölənləri valideynlərinin razılığı olmadan dəfn edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi