azia.az
azia.az

Həyat yoldaşını başqa kişi ilə tutan fenomen onları öldürdü

27-10-2021, 15:07

Həyat yoldaşını başqa kişi ilə tutan fenomen onları öldürdü
Sosial media fenomeni Əli Abulaban boşanma ərəfəsində olduğu həyat yoldaşı Ananı və yanındakı kişini güllələyərək öldürüb.

Azia.az axşam.az-a istinadən xəbər verir ki, "TikTok"da "JinnKid" adı ilə tanınan fenomen qızının planşetinə dinləmə cihazı yerləşdirib. Arvadının bir kişi ilə danışıqlarına qulaq asdıqdan sonra cinayət işləmək qərarına gəlib. O, həyat yoldaşının olduğu evə basqın edərək onu və həmin şəxsi qətlə yetirib.

Hadisənin ardından Əli heç bir şey olmamış kimi qızını məktəbdən götürməyə gedib.

Polis tərəfindən aparılan araşdırmalar nəticəsində öldürülən digər şəxsin Reybern Kadenas Berron olduğu ortaya çıxıb.

Məhkəmə zamanı məlum olub ki, həyat yoldaşı Əlini evdən qovub. O, 3 gündən sonra geri qayıdaraq mənzildəki bütün əşyaları dağıdıb. Daha sonra qızının telefonuna səs dinləmə cihazı yerləşdirib. Ana ilə Reybernin birlikdə olduğunu eşidəndən sonra evə gələrək həyat yoldaşını başından güllələyib. Reybernə isə 3 dəfə atəş açıb. Nəticədə hər ikisi hadisə yerində həyatını itirib.

Hadisənin ardından fenomen anasına zəng vuraraq, cinayəti etiraf edib. Polislər hadisədən 45 dəqiqə sonra qızını məktəbdən evə gətirən Əlini avtomobildə olarkən tutub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi