Üç qızını güllə ilə başından vurub öldürdü - Dəhşətli qətlin təfərrüatı - VİDEO - FOTO
Trabzonda yerli imamın üç uşağını öldürməsi ilə bağlı dəhşətli qətlin detalları ortaya çıxıb.
Xəbər verilir ki, ata 3 qızını həyat yoldaşından alıb evindən 1 kilometr aralıda, dərənin kənarında kimsəsiz bir yerə aparıb. Daha sonra uşaqlarını başından güllə ilə vuraraq öldürüb. Bildirilir ki, hadisədən sonra polisə təslim olan 36 yaşlı İmam Emre Göktaş 12 illik həyat yoldaşı ilə problemləri olub. İddialara görə, həyat yoldaşı S. Göktaş ərinin onu döyməsi səbəbindən uşaqlarını götürərək evdən çıxıb.
Bunu həzm edə bilməyən Emre Göktaş xanımını təqib edib. Uşaqları evə gətirib. Sonra 11 yaşlı Y. Göktaş, 8 yaşlı H. Göktaş, 5 yaşlı E. Göktaşı kimsəsiz bir yerə aparıb və silahla başlarından güllə ilə vuraraq öldürüb.Milli.Az