Polis hadisə yerinə gəlincə…
Türkiyənin Manisa şəhərində dövlət məmuru olan Mustafa K. nahar üçün evinə dönərkən həyat yoldaşını yataq otağında başqa kişi ilə tutub.
Belə ki, dövlət idarəsində çalışan 35 yaşlı Mustafa K. nahar üçün evinə gedib. Mustafa K. 27 yaşlı Ayşenur K.-nin hərəkətlərindən şübhələnərək yataq otağındakı qarderobu açarkən arvadının sevgilisi Halis A.-nı görüb.
IstiPress “Vatan”a istinadən xəbər verir ki, hirsli ər mətbəxə qaçaraq götürdüyü bıçaqla öncə həyat yoldaşının sevgilisini sinəsindən, sonra da yoldaşını qarın boşluğundan bıçaqlayıb.
Qonşuların mənzildən gələn qışqırıq səslərindən sonra hadisə yerinə gələn polislər evdə üç yaralının olduğunu görüblər. Məlum olub ki, məmur ər həyat yoldaşı və sevgilisini bıçaqladıqdan sonra özünə də xəsarət yetirib.
Hər üç yaralı xəstəxanaya çatdırılıb.