azia.az
azia.az

Ər arvadını və onun bacısını vəhşicəsinə öldürdü

25-03-2017, 10:04

Ər arvadını və onun bacısını vəhşicəsinə öldürdü


Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

Abşeron rayonunda kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirib.

azia.az report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Xırdalan şəhərində baş verib.

Belə ki, Heydər Əliyev küçəsində yerləşən evlərdən birində Abşeron sakini (hələlik adı açıqlanmır) 1964-cü il təvəllüdlü həyat yoldaşı Hüseynova Faraiz Zakir qızının başına küt alətlə vurmaqla onu qətlə yetirib.

Həmin şəxs daha sonra F.Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Anur-Təbrizi Rahilə Əsgər qızının başına küt alətlə vurmaqla onu da öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Anur-Təbrizinin valideynləri vəfat etdiyindən o, xalası F.Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi