Üç uşağı ilə dördüncü uşağını qarşılamağa getdi, hamısı birdən yoxa çıxdılar
Rusiyanın Krasnoyarsk diyarında ana dörd uşağı ilə birgə itkin düşüb.
Azia.az "Oxu.az"a istinadən xəbər verir ki, oktyabrın beşində ana oğlu və iki qızı ilə birlikdə digər qız övladını qarşılamaq adı ilə evdən çıxıb.
Bir neçə saatdan sonra isə qadınla əlaqə yaratmaq cəhdləri heç bir nəticə verməyib.
Həyat yoldaşı dərhal polisə bu barədə məlumat verib.
Beş gün ərzində aparılan axtarışlar isə hələlik heç bir nəticə verməyib.