azia.az
azia.az

İqbal Ağazadənin müavininin qızı və qardaşı oğlu itkin düşdü - FOTO

1-09-2021, 21:02

İqbal Ağazadənin müavininin qızı və qardaşı oğlu itkin düşdü - FOTO
"Ümid" partiyasının sədri İqbal Ağazadənin müavini Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulami itkin düşüb.
Azia.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Tamilla Qulaminin özü məlumat verib.

Onun sözlərinə görə, uşaqlar bu gün günorta saatlarında metronun Elmlər Akademiyası yaxınlığındakı parka gediblər. Daha sonra onların telefonuna zəng çatmayıb. Evdən çıxarkən Aişə qara idman geyimində, Famil isə boz köynək və şalvarda olub.

Onları görənlərdən yaxınlıqdakı polis bölməsinə xəbər vermələri və ya 055 321 02 04 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Hadisə ilə bağlı polisə məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi