Qəribə HADİSƏ: Səyahət edən zaman çöldə 13 ədəd "Porche" tapdı - 14 il əvvəl sahibi... - FOTOlar
ABŞ-da Kaliforniya ştatında bir nəfər çöllüyün ortasında tərk edilmiş 13 ədəd "Porsche" avtomobilləri tapıb.
Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Motor1"saytında məqalə dərc edilib. Fərqli modellərin mövcud olduğu bu qəbiristanlıqda 1978 - 1995 illərə aid avtomobillər uzun müddət açıq havada qaldığı üçün demək olar ki, nasaz vəziyyətdə sahibini gözləyirlər. Məqalədə o da qeyd olunur ki, əslində maşınların sahibi yaşayır. Bu şəxs illər əvvəl maşınları dostunun ərazisinə qoyaraq onların hətta varlığını da unudub. Məlumata görə, "Porsche 928" modellərinin qiymətləri nəinki vəziyyətinə görə, həm də mühərriklərinə görə dəyişə bilər.