Ermənistan COVID-19-a yoluxanları dövlət hesabına müalicə etməkdən imtina edir
Ermənistanda peyvənd olunmaqdan imtina edən, lakin koronavirusa yoluxan xəstələrin müalicəsi pullu ola bilər. Sputnik-Armeniya yazır ki, bu barədə Ermənistanın səhiyyə nazirliyinin mətbuat katibi Ripsime Xaçatryan məlumat verib. O qeyd edib ki, hazırda bununla əlaqədar müzakirələr davam edir, yekun qərar hələ verilməyib. Xaçatryan əlavə edib ki, koronavirusa yoluxmuş şəxsin müalicəsi təxminən 800 min drama (yəni təxminən 1600 ABŞ dollarına) başa gəlir.