azia.az
azia.az

Türkiyəyə qarşı xain plan ifşa olundu - Qanlı ssenarinin üstü açıldı

14-09-2021, 12:30

Türkiyəyə qarşı xain plan ifşa olundu - Qanlı ssenarinin üstü açıldı
Türk ordusu qarşısında aciz qalan PKK/YPG terror təşkilatının Suriyada Türkiyəyə qarşı yeni məkrli plan qurduğu üzə çıxıb.

Azia.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Məlum olub ki, əliqanlı terrorçular vətəndaş müharibəsindən əvvəl ölkə əhalisinin təxminən 10 faizini təşkil edən Suriyadakı xristian bölgələrinə və kilsələrinə top və minaatanla hücum edərək, məsuliyyəti türk ordusunun üstünə atmağı planlaşdırır.

Mülki xristian vətəndaşlar və kilsə kimi ibadət yerlərinə qəsdən zərər vurmaq istəyən təşkilatın özünün törədəcəyi terror aktından istifadə edərək Türkiyəni beynəlxalq ictimaiyyət qarşısında çətin duruma salmağı hədəflədiyi bildirilib.

Digər tərəfdən bölgədəki mənbələr vətəndaş müharibəsindən əvvəl sayı 2 milyonu keçən Suriyadakı xristian əhalinin Bəşər Əsəd rejimi və PKK/YPG terror təşkilatının zorakılığı səbəbiylə sayının 677 min civarına düşdüyü deyilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi