Ərdoğan 1 trilyon dollarlıq müjdəni açıqladı - Qarşımızı ala bilməyəcəklər
“Türkiyə milli gəlirini bu il 800 milyard dollar, proqramın sonunda isə 1 trilyon dollara çatdıracaq”.
Azia.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan iqtisadiyyatın inkişafına dair “Orta Vədəli Program”a dair açıqlamasında belə deyib. O bildirib ki, “Orta Vədəli Program” ölkənin qarşıdakı 3 il ərzindəki iqtisadi xəritəsini əhatə edir.
Ərdoğanın sözlərinə görə, bu güclü Türkiyənin inkişafı istiqamətində böyük addımdır.