Ərdoğan AÇIQLADI: "Sabah daha bir saziş imzalanacaq"
Dekabrın 29-da Türkiyə ilə Böyük Britaniya arasında sərbəst ticarət sazişi imzalanacaq.
Azia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat yayıb.
"Növbəti ildən həm Türkiyənin, həm də Böyük Britaniyanın qazanacağı yeni bir dövr başlayır. Yüksək ÜDM-li yatırımlarla mövcud kəsirimizi qapadaraq xarici maliyyəyə olan ehtiyacımızı azaldacağıq", - Ərdoğan qeyd edib.