azia.az
azia.az

Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır...

6-03-2021, 22:07

Koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış daha yoluxucu variantı tezliklə Almaniyada da dominant ştamma çevrilə, onun yayılmasını saxlamaq çətinləşə bilər. Bunu martın 5-də Robert Kox İnstitutunun rəhbəri Lotar Vieler deyib.
Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır...
Onun sözlərinə görə, hazırda B117 variantı Almaniyadakı yoluxmaların 40 faizindən də artığını təşkil edir. Cəmi dörd həftə öncə bu, 6 faizə yaxın idi. “B117-nin tezliklə Almaniyada dominant variant olacağı görünür və o zaman virusu nəzarətdə saxlamaq daha çətin olacaq. Çünki B117 bütün yaş qrupları üçün daha yoluxucu və daha təhlükəlidir”,-Lotar Vieler bildirib.



Qeyd edək ki, hazırda koronavirusun üç yeni mutasiyası dünyada yayılmaqdadır. Bunlardan biri Britaniya ştammı, digərləri Braziliya və Afrika ştammları hesab edilir. Braziliya ştammı da daha yoluxucu və ölümcüldür. Bu ölkədə virusdan ölənlərin sayı hələ də yüksək olaraq qalmaqdadır. Ötən gün açıqlanıb ki, Çinin “Sinovac” vaksininin Braziliya ştammına qarşı təsiri praktiki olaraq yoxdur və bu pereparat virusa qarşı antitellər yarada bilmir.
Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır...
Bu arada virusun dünyanı bürüməsindən bir ildən də çox vaxt keçdiyi bir vaxtda hələ də onun mənşəyini müəyyən edə bilmirlər. Yanvarda beynəlxalq ekspertlər qrupu Çinə səfərə getdi. Buna baxmayaraq, dünya COVID-19-un mənşəyini bilməyə qətiyyən yaxın deyil. Bunu da “Reuters” agentliyi pandemiya üzrə yeni təhqiqat aparmağa çağıran açıq məktub müəlliflərindən birinə istinadla yazır.



“Bir il öncəylə müqayisədə indi heç irəli getməmişik”, – Avstraliyadakı Flinders Universitetində vaksinlər üzrə ekspert Nikolay Petrovski deyib. Martın 4-də dərc olunmuş açıq məktubu 26 qlobal ekspert imzalayıb.

Yanvarda Dünya Səhiyyə Təşkilatının (DST) seçdiyi alimlərdən ibarət missiya Çinin mərkəzindəki Vuhan şəhərinə yollandı. Koronavirusun məhz həmin şəhərdə peyda olduğu bildirilir.Amma missiya tənqid olunur, DST Çinin siyasi təsir altında olan ekspedisiya işləri və datasına həddən artıq etibar etməkdə suçlanır.

Missiya üzvləri deyirlər ki, Çin COVID-19-un ilk dəfə aşkarlanandan aylar öncə yayıldığını göstərə biləcək datanı verməyib. Açıq məktubda o da qeyd olunur ki, DST missiyasının COVID-19-un mənşəyi üzrə nəzəriyyələrin hamısını “hərtərəfli və məhdudiyyətsiz araşdırmağa mandatı, müstəqilliyi, gərəkən çıxışı olmayıb”.

“Bütün imkanlar masa üstündə qalır və biz hələ onların hamısının kənarda qaldığı yeganə müstəqil elmi araşdırma görməmişik”, – Petrovski vurğulayıb.

DST missiyasının Vuhana səfərinin yekun brifinqində missiya rəhbəri Piter Ben Embarek virusun Vuhanda laboratoriyadan sızması ehtimalını istisna etməyə çalışıb.Amma Petrovski deyir ki, həmin ehtimalı çıxdaş etməyin “heç bir mənası yoxdur”.“Bizə açıq beyin lazımdır və əgər biz çox həssas hesab olunduğu üçün bəzi cığırları bağlayırıqsa, elm bu cür işləyə bilməz”, – o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi