azia.az
azia.az

Taliban Türkiyəni "qardaş ölkə" adlandırdı, dünyaya GÖZLƏNİLMƏZ MESAJLAR verdi

16-08-2021, 21:10

Taliban Türkiyəni "qardaş ölkə" adlandırdı, dünyaya GÖZLƏNİLMƏZ MESAJLAR verdi
Əfqanıstanda hakimiyyəti ələ alan Taliban qruplaşması gözlənilməz açıqlamalar verib.
Azərforum xəbər verir ki, Türkiyənin “A Haber” televiziyasına açıqlamasında Taliban sözçüsü Suhail Şahin “Türkiyə bizim üçün qardaş ölkədir. İslam ölkəsidir”, deyib. O, Türkiyə qüvvələrinin Əfqanıstanda olmasını müsbət qiymətləndirib:


“Onların burada olması bizim üçün çox yaxşıdır. Türkiyə ilə çox yaxşı münasibətlər qurmağı hədəfləyirik. Hər hansı bir maddi yardım və ya əməkdaşlıq üçün Türkiyə ilə bir arada olmaq istəyirik”.

Taliban sözçüsü həmçinin Talibanın Əfqanıstandakı hədəflərindən də danışıb:

“Bizim dünyaya mesajımız budur; Əfqanıstanda hökumeət qurulacaq və bu hökumət dünya nizamına uyğunlaşacaq. Regional olaraq da hər kəslə uyğunlaşacağıq. Pakistan, Əfqanıstan və ətrafımızdakı insanlar üçün əsas hüquqları tanıyaraq idarəçilik yaratmaq istəyirik. Hər kəsin ürəyi rahat olsun, kimsə üçün təhdid təşkil etmirik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi