Türkiyə və Azərbaycan əsgəri evə dönür - Kabul aeroportunu yenə biz işlədirik
Türk vəzifəlilər, Reutersa açıqladı: Taliban Kabul Havalimanı üçün Türkiyədən dəstək istədi
Reutersin xəbərinə görə, Türk vəzifəlilər Talibanın Kabul Havalimanının işlədilməsi üçün Türkiyədən dəstək istədiyini söylədilər. Vəzifəlilər son qərarın xarici qüvvələrin Əfqanıstandan çıxması üçün son tarix olan 31 avqustdan sonra veriləcəyini bildiriblər.
İki Türk vəzifəlinin verdiyi bilgiyə görə, Taliban Əfganıstandakı xarici qüvvələrin çıxmasından sonra Kabul aeroportunu işlətmək üçün Türkiyədən texnik dəstək xahiş etdi.
Əfganıstandakı NATO missiyasının bir hissəsi olan Türkiyə və Azərbaycanın Kabul Havalimanında çok sayda əsgəri var.
“TÜRK ƏSGƏRLƏRİ OLMADAN RİSKLİ İŞDİR”
Reutersin xəbərinə e görə, adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir Türk, “Türk əsgərləri olmadan (havalimanındakı) çalışanların güvənliyini təşkil etmək riskli işdir” deyib.
Taliban ilə bu mövzuda görüşmələrin davam etdiyini bildirən vəzifəli şəxs Türkiyə və Azərbaycan əsgərlərinin ölkədən çıxmağına aid bütün hazırlıqların bitdiyini bildirib.
CUMHURBAŞKANLIĞI’NDAN AÇIKLAMA
Cumhurbaşqanlığı Sözçüsü İbrahim Kalın, isə qatıldığı bir canlı yayında, “Əsgərimiz qayıtdıqdan sonra da biz orda havalimanının işlətməsinə davam edə bilərik. Mülki işçilərimiz havalimanı üçün kömək edə bilərlər. Bununla bağlı müzakirələr davam edir. Bunu Türkiyeənin davam etdirməsi mövzusunda bir iradə də ortaya qoyurlar” dedi.
Aeroportun işlədilməsinə Türkiyə və Azərbaycan mütəxəssislərinin cəlb edilməsi gözlənilir.