azia.az
azia.az

SON DƏQİQƏ: Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu

31-08-2021, 14:40

SON DƏQİQƏ: Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu
Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu

Azia.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar Xankəndində separatçıların keçirəcəyi qeyri-qanuni tədbirlə bağlıdır.

Erməni portalları yazır ki, “Tarixdə ilk dəfə olaraq Qarabağın Müstəqillik Günü tədbirləri Ermənistanın yüksək rəhbərliyinin iştirakı olmadan keçiriləcək. Xüsusilə, sentyabrın 1-də parlamentin növbədənkənar iclası, ertəsi gün isə Qarabağ Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirdə Ermənistan Prezidenti Armen Sarkisyan, Nikol Paşinyan və Alen Simonyan olmayacaq”.

Qeyd edək ki, digər mənbələrə görə separatçı tədbirlərdə Ermənistanın bütün parlament fraksiyalarının nümayəndələri iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi