azia.az
azia.az

Ermənistan baş naziri Paşinyan istefa edəcəyi tarixi açıqlayıb

15-04-2021, 13:59

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün aprel ayının son on günündə istefa edəcəyini açıqlayıb...
Ermənistan baş naziri Paşinyan istefa edəcəyi tarixi açıqlayıb
Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün aprel ayının son on günündə istefa edəcəyini açıqlayıb.
İnterAz bu barədə İnterfaks-a istinadən xəbər verir.
"Aprel ayının son 10 günündə istefa edəcəyəm. İstefamdan yeddi gün sonra parlamentdə yeni baş nazir seçkiləri keçiriləcək. Baş nazir vəzifəsinə namizədliyim "Mənim addımım" fraksiyası tərəfindən irəli sürüləcək. Digər fraksiyalar namizəd irəli sürməyəcək. Məni Baş nazir seçməyəcəklər", Paşinyan parlamentdə bildirib.
Paşinyan bildirib ki, ikinci dəfə də qrup namizədliyi irəli sürüləcək və yenə də o seçilməyəcək. "Parlament buraxılacaq və iyunun 20-ə seçkilər təyin ediləcək", o bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi