Erməni əsgərləri geri çəkillib - Ordumuz Xankəndiyə yaxınlaşıb?
Erməni əsgərləri geri çəkillib - Ordumuz Xankəndiyə yaxınlaşıb?
Qarabağdakı erməni separatçıları Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndi ilə bağlı yeni məlumat yayıblar.
Ermənistan mətbuatına istinadən xəbər verilir ki, məlumatda erməni hərbi qulluqçuların adı çəkilən kəndi tərk etdikləri bildirilir.
Özünü həmin kəndin rəhbəri adlandıran Artak Hakobyan bildirib ki, hazırda yaşayış məntəqəsi müdafiəsiz qalıb:
“Azərbaycanlıların da 3 kilometr geri çəkilməsi üçün əsgərlərimizin mövqelərindən uzaqlaşdırıldığı barədə söz-söhbət dolaşır. Ancaq indi baş verən tək şey yalnız bizim hərbçilərimizin mövqeləri tərk etməsi və azərbaycanlıların hələ də yerlərində dayanmalarıdır”.Modern.az