“Taliban”a qarşı geniş əməliyyat başlandı: 300 yaraqlı öldürüldü!
“Əfqanıstanın Bağlan əyalətində Əhməd Məsud və Əmrullah Salehin rəhbərliyi altında yerli müqavimət qüvvələri “Taliban” silahlılarının yolunda pusqu qurub. Pusquya düşən azı 300 Taliban döyüşçüsü öldürülüb”. Azia.az APA-ya istinadən xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Yalda Hakim “Twitter” səhifəsində yazıb.
Bundan əlavə, jurnalist, pusqu zamanı ələ keçirilən “Taliban”çıların fotoşəkillərini də dərc edib.
Bu arada RİA Novosti məlumatlı bir mənbəyə istinadən məlumat yayıb ki, “Taliban” döyüşçüləri Bağlan əyalətinin üç mahalına nəzarəti bərpa etməyi bacarıb.
Qeyd edək ki, hazırda Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri yalnız Pəncşir əyalətin nəzarət edir.