Əhməd Məsudun ordusu hücuma keçdi, taliblər geri çəkildi
Əfqanıstanın Milli qəhrəmanı, Şimal Alyansın lideri, “Pəncşir aslanı” Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun silahlı dəstələri cümə günü Bağlan vilayətinin üç bölgəsini (Salah, Puli-Hisar və Banu) taliblərdən geri aldılar. Bu barədə “Panjshir_Province” xəbər verib.
Əhməd Məsud Əfqanıstanın “Taliban” tərəfindən nəzarət edilməyən sonuncu bölgəsi olan Pəncşirdə taliblərə qarşı silahlı dəstələrə rəhbərlik edir.
“Panjshir_Province” video yayıb. Həmin videogörüntülərdə Məsudun döyüşçüləri tərəfindən Dih-Salah bölgəsində Administrasiya rəhbərliyinin binası üzərinə Əfqanıstan bayrağını sancdığı əks olunub.
"Əfqanıstan bayrağı taliblərlə şiddətli döyüşlərdən sonra Bağlan əyalətindəki Dih-Salaha geri döndü", - qəzet yazıb.