Türklər Talibana qarşı müqavimətə hazırlaşır
Əfqanıstanın şimalındakı Pəncşir vilayətində Talibana qarşı müqavimət dəstələri formalaşdırılır.
Azia.az xəbər verir ki, bu məlumatı TASS agentliyi öz mənbələrinə istinadən yayıb.
Mənbə müqavimət dəstəsinin üzvlərinin sayının bir neçə min nəfər təşkil etdiyini bildirib. Taliban əleyhdarlarının xüsusilə, yerli özbəklər və xəzərlərdən təşkil edildiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə Pəncşir vilayətində Əhməd Məsudun (Şimal Alyansının mərhum lideri Əhməd Şah Məsudun oğlu – red.) rəhbərliyi ilə Talibana qarşı müqavimətin hazırlanmasıyla bağlı məlumat yayılmışdı.