Bu ölkələrdə uşaqlar 17 yaşına çatanda evi tərk edirlər
Avropalı gənclər orta hesabla 26 yaşında evlərini tərk edirlər.
Azia.az-a istinadən xəbər verir ki, Avropada gənclər orta hesabla 26 yaşında ailələrini tərk edib özlərinə müstəqil həyat qururlar.
Araşdırmaya görə, qadınlar kişilərdən daha erkən özlərinə ayrı ev qururlar. Belə ki, kişilər 27, qadınlar 25 yaşlarında ailələrindən ayrı yaşamağa başlayırlar.
İsveç Avropada gənclərin ən erkən yaşda evlərini tərk etdiyi ölkə olaraq birinci yerdə qərarlaşıb. Bu ölkədə insanlar 17 yaşına çatanda özlərinə yeni bir həyat qururlar.
Siyahıda İsveçdən sonra ikinci yerdə Lüksemburq, üçüncü yerdə Danimarka, dördüncü yerdə Finlandiya yer alıb.
Araşdırmada Xorvatiyada evdən çıxan gənclərin orta yaşının 32 olduğu qeyd olunub ki, bu da bu ölkədə yaşayan gənclərin daha çox ailələrinə bağlılığını göstərib.
Qardaş Türkiyə də aparılan araşdırmada yer alıb. Türkiyədə gənclər orta hesabla 27 yaşında evdən ayrılmaq qərarına gəlirlər.