azia.az
azia.az

Ömrü qısaldan səbəb

29-10-2018, 08:31

Bu barədə fərqli düşünənlər var. Belə ki, Texas universitetinin alimləri müəyyən ediblər ki, havanın qlobal çirklənməsi orta hesabla insan ömrünü 1 il qısaldır.

azia.az xəbər verir ki, tədqiqatçılar 185 ölkədə havanın çirklənmə dərəcəsini təyin ediblər.

Bu, havanın bərk maddələrlə (BM), yəni ölçüsü 2,5 mikrometrdən az olan zərrəciklərlə zənginliyi ilə səciyyələnir. Sözügedən maddələr ağ ciyərə yol taparaq, ürək-damar və xərçəng xəstəlikləri riskini artırır.

Alimlərin sözlərinə görə, havanın çirklənməsi planetin hər sakinin ömrünü orta hesabla bir il qısaldır. Məsələn, Hindistan və Çində havanın keyfiyyəti 15-20 faiz yaxşılaşacağı halda, 60 yaşlı qocalar 85 yaşına qədər yaşamaq şansı qazanardılar.

Hesablamalara görə, BM təsirindən ildə Amerikada 90 min, Hindistanda isə 1,1 milyon insan dünyasını dəyişir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi