azia.az
azia.az

Sarkisyandan Qarabağla bağlı SENSASİON SÖZLƏR: Şuşanı fəth edərək...

25-06-2021, 14:02


"Hətta mən 2000-ci illərdə parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil".
Sarkisyandan Qarabağla bağlı SENSASİON SÖZLƏR: Şuşanı fəth edərək...
Azia.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan BBC-yə müsahibəsində deyib.

O bildirib ki, bu gün kapitulyantı (red: Paşinyan) azərbaycanlılar Şuşanı fəth edərək Xankəndinə çox az məsafədə yerləşirdiyi bir zamanda üçtərəfli sənədi imzaladığına görə ittiham etmirlər.

Onu məhz yaratdığı şəraitə görə ittiham edirlər: "2020-ci ilin yayında həyata keçirilən hərbi əməliyyatları dağıdıcı hərəkət idi. Mən isə heç zaman torpaqların geri qaytarılmayacağı fikrini deməmişəm. Hətta mən 2000-ci illərdə parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil. Bunu daha necə açıq formada ifadə etmək olardı? Mən son aqibətimizin belə acı sonluqla bitməməsi üçün xain damğasını daşımağa hazır idim. Öz reytinqimi düşünmürdüm ki, tarixdə qalım. Mən problemin həllini istəyirdim. Amma təəssüflər olsun ki, bunu bacarmadım".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi