azia.az
azia.az

Türkiyədə daha iki hərbi hissəyə hücumun qarşısı alındı

24-05-2021, 17:36



Türkiyə Silahlı Qüvvələrinin Batman və Şırnak vilayətlərində yerləşən iki hərbi hissəsinə terrorçular tərəfindən hücum cəhdi edilib.
Türkiyədə daha iki hərbi hissəyə hücumun qarşısı alındı
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, mayın 21-də gecə saatlarında iki müxtəlif hərbi hissəyə hücum edən oyuncaq təyyarələr vurularaq məhv edilib. Batmanda hücumun hədəfi pilotsuz uçuş aparatları sisteminin yerləşdiyi hərbi hissə olub. Dağıntı və tələfatın olmadığı bildirilir.

Analoji hücum cəhdi mayın 19-da Diyarbəkirdəki hərbi hissəyə də edilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi