Türkiyədə terrorçular hərbi şəhərciyə hücum edib: 2 şəhid, onlarla yaralı
Terrorçular bomba yüklənmiş maşını şəhərciyin yanında partladıblar.
Terakt nəticəsində yaralananların sayı artıb. Yaralıların sayı 35 nəfərə çatıb.
Bildirilir ki, hərbi şəhərcikdəki bina demək olar, tamamilə yıxılıb. Partlayışdan sonra şəhərciyə bitişik polis bölməsində də yanğın baş verib. Teraktdan sonra PKK üzvləri ilə bir müddət atışma yaşanıb. Hadisə yerinə əlavə hərbi qüvvə və yanğınsöndürənlər cəlb edilib.