azia.az
azia.az

ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücumun qarşısı alındı

23-01-2019, 08:48

ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücumun qarşısı alındı
ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri saxlanılıb.

Azia.Az xəbər verir ki, dörd nəfər gənc Nyu-York ştatında yerləşən İslamberq qəsəbəsinə hücum hazırlamaqda ittiham olunur.

Onlar Roçester şəhərində tutulub. Axtarış zamanı gənclərdə kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlanıb.

Qeyd edək ki, İslamberq qəsəbəsinin əsası ötən əsrin 80-ci illərində Tompkins şəhərində pakistanlı Mübarək Əli Cilani tərəfindən qoyulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi