azia.az
azia.az

Meşədə azan 3 yaşlı uşaq üç gün sonra möcüzəylə SAĞ TAPILDI – FOTO -VİDEO

3-04-2021, 12:59

Kanadanın Ontario əyalətinin Kinqston şəhərinin yaxınlığındakı meşədə itən 3 yaşlı uşaq üç gündən sonra sağ tapılıb.

Azia.az big.az-a istinadən xəbər verir ki, martın 28-də üç yaşlı Cud Leyton ailəsinə məxsus ərazidən kənara çıxaraq azıb.
Meşədə azan 3 yaşlı uşaq üç gün sonra möcüzəylə SAĞ TAPILDI – FOTO -VİDEO
Polis və xilasedicilər it, helikopter və dalğıcları cəlb etməklə uşağı meşədə və yaxınlıqdakı göldə axtarmağa başayıblar.
Martın 31-də gölün kənarında yuxuya gedən Leyton tapılıb. O, sonuncu dəfə göründüyü yerdən bir kilometr aralıda olub.

Təcili yardım həkimləri uşağı müayinə etdikdən sonra xəstəxanaya yerləşdiriblər. Uşağı vəziyyəti qənaətbəxşdir.

Uşağın soyuq havada və yağışda, vəhşi şəraitdə 72 saatdan çox sağ qalması hər kəsi təəccübləndirib. Xoşbəxtlikdən, uşaq hava şəraitinə uyğun qış gödəkçəsi və yun sviter geyinmiş olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi