Britaniyada 30 uşaq böyütmüş cütlük koronavirusdan öldü- FOTO
Britaniya Çeşir qraflığının Uorrinqton şəhərindən olan, 30 uşaq böyütmüş yaşlı ər-arvad koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bu barədə “Manchester Evening News” nəşri bildirib.
80 yaşlı Xefin Uilyams (Hefin Williams) 22 il Mançester aeroportunda işləyib və təqaüdə çıxdıqdan sonra yerli xəstəxanada könüllü kimi çalışıb. Onun 74 yaşlı arvadı Veleri Uilyams (Valerie Williams) bütün həyatı boyu qocalara qulluq etməklə məşğul olub və yalnız bir il əvvəl pensiyaya çıxıb. Onlar özlərinin 4 uşaqlarından başqa 26 uşağı da övladlığa götürüblər.
Veleri martın əvvəllərində koronavirusa yoluxub. Martın 12-də onda xəstəliyin ilk əlamətləri: quru öskürək, əzələ ağrıları, yüksək temperatur üzə çıxıb. Martın Veleri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və növbəti gün süni nəfər aparatına qoşulub.
Xefin Uilyams və Veleri Uilyams
Xefin evdə qalıb və özünü təcridetmə rejiminə riayət edib. Bir həftə sonra o da həmçinin xəstəxanaya yerləşdirilib və iki gün sonra reanimasiyada ölüb. Veleri isə ərinin dəfnindən bir gün sonra vəfat edib.
Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 3,09 milyonu ötüb. COVID-19-dan 213,3 min insan həlak olub, 938,3 min nəfər sağalıb.
Böyük Britaniyada virusa 155,1 min yoluxma aşkar edilib, 21,1 min insan pandemiyanın qurbanı olub.