Onun cansız bədəni suya düşdüyü ərazidən bir qədər aralıda tapılıb
Göyçay rayonunda eyni adlı çayda batan azyaşlı uşağın meyiti tapılıb. İstiPress-in Göyçay bürosu xəbər verir ki, 4 gün əvvəl rayon sakini, 5 yaşlı Xədicə Kazımlı Göyçay çayının kənarında ehtiyatsızlıq edib və qəflətən suya düşüb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub və axtarışlara başlanılıb. Bu günə kimi axtarışlar davam edib. Axşam saatlarında az yaşlının meyiti suya düşdüyü ərazidən bir qədər aralıda tapılıb. Faktla bağlı araşdırma aparılır