azia.az
azia.az

Diş həkiminin qəbulundan sonra üç yaşlı uşaq komaya düşdü və öldü

6-10-2020, 14:27

Diş həkiminin qəbulundan sonra üç yaşlı uşaq komaya düşdü və öldü

Diş həkiminin qəbulundan sonra üç yaşlı uşaq komaya düşüb, səhəri gün isə ölüb.

Azia.Az-ın məlumatına görə, dəhşətli hadisə Dağıstanın Maxaçkala şəhərində yaşanıb.

İstintaqın versiyasına görə, stomotoloji xidmət zamanı pasiyentin ürəyi dayanıb. Klinikanın həkimləri ilkin yardımdan sonra uşağı xəstəxanaya yerləşdiriliblər, səhəri gün isə uşaq orada dünyasını dəyişib.

Uşağın ölüm səbəbi hələ müəyyən edilməyib. Baş verənlərlə əlaqədar cinayət işi açılıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Orenburq şəhərində də analoji hadisə yaşanmışdı. Doqquz yaşlı qız dişi çəkiləndən sonra ölmüşdü. Həkimlər onun narkozdan ayılmadığını bildirmişdilər.

Hadisə ilə bağlı uşağın valideynləri hüquq mühafizə orqanlarına müraciət ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi