azia.az
azia.az

Ərdoğan: “Digər ölkələr də Avropa İttifaqını tərk edəcək”

25-06-2016, 05:45

Ərdoğan: “Digər ölkələr də Avropa İttifaqını tərk edəcək” Böyük Britaniyanın Aİ tərkibindən çıxması İttifaqın yeni mərhələyə qədəm qoymasından xəbər verir.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Biz bütün dünya ilə birgə Böyük Britaniyanın referendumda “hə” deyəcəyini gözləyirdik. Lakin nəticə başqa oldu. Bununla da Avropa İttifaqının yeni dövrü başladı. Uzun müddətdir ki, bir çox məsələlərdə Avropa İttifaqı özünün dəyərlərinə zidd hərəkət edir. Aİ davranışını dəyişməsə, digər ölkələr də İttifaqı tərk edəcək”, deyə Ərdoğan bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi