azia.az
azia.az

Azərbaycanlıları təhlükəli ərazidən çıxaracaq hərbi təyyarə hazır vəziyyətə gətirildi - Video

30-01-2020, 21:29

Azərbaycanlıları təhlükəli ərazidən çıxaracaq hərbi təyyarə hazır vəziyyətə gətirildi - Video
Çinin Vuhan şəhərindən 34 türkü, 7 gürcünü, 10 azərbaycanlını və 1 Albaniya vətəndaşını təxliyə etmək üçün hazırlanan “Koca Yusif” hərbi karqo təyyarəsi havaya qalxmaq üçün “Etimesgul” hərbi hava bazasında hazır vəziyyətdə gözləyir.

Reyting.az xəbər verir ki, Türkiyənin ən böyük hərbi yük təyyarəsi olan və “Koca Yusif” adını daşıyan “Airbus A-400M” model təyyarənin salonu təxliyə prosesindən öncə təcili tibbi təyyarə vəziyyətinə gətirilib.

Məlumata görə, “Koca Yusif” təyyarəsi hazırda Kayseridə yerləşən hərbi hava qüvvələrinin bazasında son hazırlıq prosesini başa çatdırmaqdadır.

Bildirilir ki, təyyarədə Türkiyə Səhiyyə Nazirliyinin həkim qrupu da təmsil olunacaq. Koronavirusun yayıldığı Vuhan şəhərinə gedəcək təyyarə buradakı şəxsləri səhiyyə və infeksiya mütəxəssislərinin nəzarətində Türkiyəyə gətirəcək.

Türkiyə Səhiyyə Nazirliyindən bildiriblər ki, Vuhan şəhərində 35 türk və 10 Azərbaycan vətəndaşını təxliyə etmək üçün hazırlıq işləri başa çatıdırılıb. Karantin bölgəsi elan olunan Vuhandan təxliyə ediləcək şəxslər üçün Çin hökuməti ilə danışıqlar aparılıb və lazım olan icazələr alınıb.

Nazirlik əlavə edib ki, təxliyə ediləcək şəxslər koronavirusa yoluxmayıblar: “Ancaq yenə də ilkin səhiyyə baxışları həkim qrupumuz tərəfindən Vuhan hava limanında həyata keçiriləcək. Təyyarədə lazımi mütəxəssislər olacaq. Pilot heyəti, həkim qrupu və təxliyə ediləcək şəxslər 14 gün karantin altında saxlanılacaqlar”.

Nazirliyin məlumatında bildirilir ki, Türkiyə bulaşdırıcı riski olan bütün xəstəliklərə qarşı tədbir görməyə hazırdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi