azia.az
azia.az

Mübarək ay başladı, marketlər Ramazan endirimi edəcəkmi?

6-05-2019, 08:42

Əməkdaşımız paytaxtın dükan - bazarlarında qiymətlərlə maraqlanıb
Bu gündən etibarən müsəlman dünyasında, o cümlədən Azərbaycanda mübarək Ramazan ayı başlayır. Bununla əlaqədar, bir çox ölkələrdə marketlərdə imsak və iftar süfrəsində ən çox istifadə olunan ərzaq məhsullarına yüksək endirimlər edilib.
Mübarək ay başladı, marketlər Ramazan endirimi edəcəkmi?
Məsələn, Qətərin İqtisadiyyat və Sənaye Nazirliyi Ramazan ayı münasibətilə 500-dən çox məhsulun qiymətində endirim edib. Endirim olunan məhsulların siyahısı iri ticarət mərkəzlərinə təqdim olunub. “Bu təşəbbüs əsas supermarketlərlə razılıq əsasında Ramazan ayının sonuna qədər davam etdirilir”, - nazirliyin məlumatında bildirilib. Bu ildən qiymətində endirim olunan məhsullar sırasına un, şəkər, düyü, makaron, süd və eləcə də qeyri-istehlak malları da əlavə edilib. Nazirlik alıcılara müraciətində bildirib ki, qiymətlərlə bağlı supermarketlərdə hər hansı narazılıq olarsa, dərhal məlumat versinlər.

Qardaş Türkiyə telekanalları da günlərdir Ramazan bayramında marketlərdə ərzaq məhsullarının qiymətinə endirim ediləcəyilə bağlı reklamlar, reportajlar yayımlayırlar. Türkiyənin “A 101", ”Migros" və sair kimi marketlərində qiymətlərə endirim edilməklə yanaşı, sərfəli qiymətə “Ramazan paketləri” də müştərilərə təklif olunur ki, bunun içinə də gündəlik ərzaq məhsulları, o cümlədən xurma, düyü və sair kimi Ramazanda çox istifadə olunan məhsullar daxildir.
Mübarək ay başladı, marketlər Ramazan endirimi edəcəkmi?
Bəs görəsən Azərbaycanda hansı iri marketlər Ramazan ayının gəlişi ilə bağlı kampaniyalar edir, endirimlər təklif edirlər?

“Yeni Müsavat”ın müxbiri olaraq, paytaxtda yerləşən “Araz” və “Rahat” supermarketlərinə baş çəkib vəziyyəti öyrəndik.

Qeyd edək ki, “Araz market”də Ramazan ayının gəlişi xüsusi qeyd edilir və marketin giriş qapısından tutmuş piştaxtalara kimi bu mübarək ayın daxil olmasını əks etdirən lövhələr, plakatlar asılıb. Həmçinin 3-16 may tarixlərində keçirilən “Xoş gəldin Ramazan” xüsusi endirim kampaniyası çərçivəsində ciddi ucuzlaşma müşahidə olunur. İftar süfrələrinin əsas elementi olan İran xurmasının 500 qramlıq qutusu 2.75 manata təklif olunur, 1 litrlik qazsız su isə 37 qəpiyə satılır. Ehsan süfrələrində təqdim edilən qoğalın 1 ədədi isə 45 qəpiyə düşüb. İmsakın vazkeçilməzi qara zeytun 10.99 manatdan 8.99 manata düşüb. Tunis xurması 5.99 manata, 250 qramlıq “Azərçay” qutusu 4.20 manatdan 3.29 manata endirilib. Ramazanda ən gözəl yeməklərdən biri də aş sayıldığından, marketlər plova aid ərzaqlara da endirim ediblər. Belə ki, 1 kiloqramlıq “Mohobbat” düyüsü 3.89 manatdan 3.49 manata düşüb. 2 litrlik “Final” günəbaxan yağı 5.04 manatdan 3.99 manata, dana ətinin kiloqramı 12.49 manata, quzu ətinin kiloqramı isə 12.99 manata endirilib. Ərik qurusu 5.80 manat, sarı kişmiş 6.40 manat, qoz ləpəsi 12.50 manatdır. Ət məhsullarından “Osobaya” sosisi 45 faiz ucuzlaşaraq 4.89 manata, südlü sosislər 9.59 manatdan 8.65 manata, “Labne” 3.10 manatdan 2.59 manatdan, Naxçıvan pendirinin kiloqramı 5.65 manatdan 4.99 manata qədər ucuzlaşdırılıb. Ramazan kampaniyası çərçivəsində “Baranovka” kərə yağı 12.59 manata, “Kalinka” yağı 4.79 manata enib. Qırmızı mərcinin kiloqramı 1.19 manata, Tac makaronu 99 qəpikdən 79 qəpiyə qədər ucuzlaşıb.

Müxtəlif növ şirniyyatların , konfetlərin qiymətində də 15-25 faiz civarında endirim var. Bənzər endirim təmizlik və .şəxsi gigiyena üçün istifadə olunan əşyaların qiymətində də müşahidə olunur. Satıcıların sözlərinə görə, endirim kampaniyası may ayının 16-dək davam edəcək.

“Rahat” supermarketlər şəbəkəsində Ramazan kampaniyası çərçivəsində də bir çox məhsullarda ciddi endirimlər var. Belə ki, 1 kiloqram dana farsı 8.39 manat, 1 litr “Kubanskaya Dolina” qarğıdalı yağı 2.67 manat, “Çariçino Musulmanskaya” kolbasasının kiloqramı 6,27 manata, 200 qramlıq Uzun Ömür İvanovka kəsmiyi 77 qəpiyə, PalSüd-ün 1 litri yağlılıq dərəcəsinə uyğun olaraq 1.37- 157 manata endirilib. İmsak süfrəsində ən çox istifadə olunan ağartı məhsullarına endirim edilib. “Mpro” firmasının 450 qramlıq qatığı 1.13 manat, eyni firmanın çanaq pendirinin 1 kiloqramı 6,37 manat, şorun kiloqramı 2.99, Belarusiyanın “Savuşkin” kərə yağının kiloqramı 10 manatadır. Çay, qənd, un, qatılaşdırılmış süd, şirniyyat, peçenye və vaflilərə, sərinləşdirici içki və kompotlara, yuyucu tozlara, təmizlik vasitələrinə, sabunlara və sairə də endirimlər edilib ki, alıcılar bundan faydalanır.

Endirim kampaniyası səbəbindən alıcıların sayı da artıb, insanlar kampaniya müddətindən yararlanmağa çalışırlar. “Rahat” marketdə endirimlər 3-10 may tarixlərində davam edəcək.

Bununla yanaşı “SPAR”, “Favorit” və “Oba” marketlər şəbəkələrində də Ramazan endirimləri başlayıb, qeyd olunan məhsullarda ciddi qiymət fərqi var. “Favorit” marketdə kampaniya 3-16 may tarixlərində, “Oba” supermarketlərində 3-13 may tarixlərində keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi