azia.az
azia.az

Banklarda dolların qiyməti – SİYAHI

2-05-2017, 10:34

Banklarda dolların qiyməti – SİYAHI

Azərbaycan Mərkəzi Bankında (AMB) keçiriləcək hərrac öncəsi kommersiya banklarında dolların alış və satış qiymətlərinin dünən ilə müqayisədə ciddi dəyişmədiyi müşahidə olunur. Dolların ən yüksək alış və ən aşağı satış qiymətlərində də ciddi dəyişiklik müşahidə olunmur.

azia.az “Marja”ya istinadən xəbər verir ki, dünən günorta saatlarında banklarda dolların ən aşağı satış qiyməti 1,68 manatdan 1,6750 manata düşsə də, axşama yaxın yenidən 1,68 manata qalxdı.

Bu gün səhər də (saat 10:00) dolların ən aşağı satış qiyməti 1,68 manat olub. “Bank of Baku” alışı 1,66 manatdan 1,65 manata, satışı isə 1,7030 manatdan 1,69 manata, “Bank Avrasiya” alışı 1,6680 manatdan 1,66 manata endirib.

“Yapı Kredi Bank” Azərbaycan isə dolların alış qiymətini 1,65 manatdan 1,6720 manata qaldırıb, satışı isə 1,71 manatdan 1,7050 manata endirib. “PAŞA Bank” dolların alış qiymətini 1,66 manatdan 1,6550 manata, satışı isə 1,7090 manatdan 1,7060 manata endirib.

“NBC Bank” dolların satış qiymətini 1,70 manatdan 1,69 manata salıb. “GünayBank” alışı 1,67 manatdan 1,6720 manata, satışı isə 1,68 manatdan 1,6850 manata qaldırıb.

“Amrahbank” alışı 1,6650 manatdan 1,67 manata, satışı isə 1,68 manatdan 1,6850 manata qaldırıb.

Banklarda dolların qiyməti – SİYAHI
Banklarda dolların qiyməti – SİYAHI
Banklarda dolların qiyməti – SİYAHI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi