Kişi kök, qadın arıqdırsa... onlara endirim edilir
Çinin Çunçine şəhərində yerləşən bir restoran artıq çəkili müştərilərinə endirim kampaniyası təşkil edib.
Məlumata görə, kafedə kişilər üçün endirim proporsional olaraq onların çəkisinin çoxluğuna görə yüksəlir. Amma qadınlar üçün vəziyyət əksinədir. Belə ki, maksimal endirimdən yararlanmaq istəyən qadınların maksimum arıq olması tərcih edilir.
140 kiloqramdan kök kişilər ümumiyyətlə, kafedə pulsuz qidalanırlar. Eyni şey qadınlar üçün də keçərlidir. 34.5 kilodan kök olmayan qadınlar da pulsuz yemək şansından yararlana bilir.
Daha öncə Şanxayda yerləşən bir Çin restoranı da müştərilərinə analoji aksiya təşkil etmişdi. Amma həmin restoranda endirimin məbləği müştərilərin boy ölçülərindən asılı olub – kim nə qədər hündürdürsə, endirimdən bir o qədər yararlana bilir.