Oxu.Az-ın əməkdaşı Novruz bayramı ərəfəsində bazardakı qiymətlər ilə tanış olub. Bazarda mal ətinin 1 kiloqramı alıcılara sümüklü 8,50, sümüksüz 10,50, quş əti 4, qoyun əti isə 8 manata təklif olunur.
Bayramda əsas tələb olunan məhsullar sırasında, şübhəsiz ki, qoz, fındıq və s. yer alır.
Belə ki, bazarda qozun 1 kiloqramı 8, qoz ləpəsi 15-20, fındıq 7, iydə 6, qayısı 10-15,20 manat, sarı kişmiş 7, qara kişmiş isə 10-15 manat, xurma qurusu 5 manata satılır.
Bazarda tərəvəzlərin 1 kiloqramının qiyməti isə 1,50 manatdan başlayır. Maksimum qiymət isə 7 manatdır.
Belə ki, kartof bazarda 1,50, soğan 1-1,50, pomidor 6, xiyar isə 7 manatdan alıcılara təklif olunur. Kökün qiyməti isə 1,50-2 manatdır.
Meyvələrin qiyməti isə 1,50- 5 manat arasında dəyişir:
“Almanın 1 kiloqramı 1,50-3 manat, portağal 2-3 manat, üzüm 5 manat, armud isə 4-5 manata satılır”.
Bayram süfrəsinin əsas atributlarından olan səməninin qiyməti isə 1,50-2 manat təşkil edir.
Qeyd edək ki, yazı Təzə, Nəsimi və Keşlə bazarında aparılan monitorinqlər nəticəsində hazırlanıb.