Azərbaycanda fantastik qiymətə alça satılır - VİDEO
Azia.Az-ın məlumatına görə,Bazarlarda qış mövsümünə xas olmayan meyvələr satışa çıxarılıb.Soyuducularda saxlanılan meyvələrin qiyməti yay mövsümündəkindən qat-qat yüksəkdir.
Bu cür meyvələr, adətən, qramla satılır.
Məsələn, 125 qramlıq böyürtkən 13 manata təklif edilir.
Qış mövsümündə az hallarda rast gəlinən meyvələr bununla bitmir. Bazarlarda rast gəlinən meyvələrdən biri də ərikdir.
Ən baha olanı isə alçadır. Alça digər meyvələrdən fərqli olaraq, çəki ilə deyil, daha çox ədədlə satılır. Kiloqramı isə 350 manatadır.
Satıcılar bildirirlər ki, bu meyvələr ölkə xaricindən gətirilir.