azia.az
azia.az

Azərbaycanda ilk dəfə nadir rast gəlinən ürək xəstəliyi üzrə əməliyyat həyata keçirilib

5-02-2016, 14:02

Azərbaycanda ilk dəfə nadir rast gəlinən ürək xəstəliyi üzrə əməliyyat həyata keçirilib Azərbaycan Tibb Universitetində nadir anadangəlmə ürək xəstəsi əməliyyat olunub. Universitetdən verilən məlumata görə, Tədris-Cərrahiyyə Klinikasının kardiocərrahı Azərbaycanda ilk dəfə koronar anomaliya (ALCAPA) əməliyyatını icra edib.
ATU-nun Tədris-Cərrahiyyə Klinikasinin kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev deyir ki, 10 milyon nəfər əhalisi olan Azərbaycanda çox az sayda koronar arteriya anomaliyası xəstəliyinə rast gəlinir. Xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir: “Bu xanım bizə müraciət edəndə, artıq ona diaqnoz qoyulmuşdu.
Bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi təxminən 2-3 %-i 30 yaşına kimi yaşayır. 10 milyon nəfərlik əhalisi olan Azərbaycan üçün yəqin, 1-2 nəfər belə xəstə ola bilər. 30 yaşdan yuxarı isə yalnız 1 belə xəstə tapa bilərsən”.
Kardiocərrah bildirir ki, artıq əməliyyat olunmuş xəstənin həyatı üçün risk yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi