azia.az
azia.az

Kimdir bu "Bordo Bereliler”? - Soyuqda donmayan,güllə ilə savaşan,hətta komandirini güllələyə bilən yenilməzlər

22-11-2018, 00:39

Kimdir bu "Bordo Bereliler”? - Soyuqda donmayan,güllə ilə savaşan,hətta komandirini güllələyə bilən yenilməzlər
"Bordo Bereliler” Türkiyənin göz bəbəyi sayılır. Bu gün dünyada ən yenilməz döyüş qruplarından sayılan bu hərbçilər haqqında bir sıra inanılmaz həqiqətlər mövcuddur.

Bu hərbçilər ən çətin hərbi əməliyyatlara rahatca girib uğurla çıxa bilirlər. "Bordo Bereliler” ən böyük dövlət məmurlarının mühafizəsini də icra edirlər. Onlar suda, quruda, şəhərdə və kənddə, istənilən şəraitdə hərbi əməliyyat keçirə bilmək qabiliyyətinə sahibdirlər.

"Bordo Bereliler” dünyanın ən güclü hərbçiləri sırasındadır. 2004-cü ildə Almaniyada keçirilən hərbi yarışlarda xüsusi təyinatlılar arasında dünya birincisi seçilmişdilər. Ölkədaxili və ölkəxarici əməliyyatlar üçün təlim keçən hərbçilər 3 hissədən ibarət 47 cür fərqli dərslər keçirlər. Bu hərbçilər tam olaraq "Bordo Bereli” adını almaq üçün 3 il 6 ay təlim keçirlər.

"Bordo berelilər” birbaşa Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisinə tabe olurlar. Başqa da heç kimdəm əmr almırlar. "Bordo Bereliler” mövcud olan hər silahdan istifadə edə bilirlər.

"Ölüm maşını” adlandırılan bu əsgərlər heç bir zaman emosionallığa önəm vermir. Komandirlərinin əmrlərini 2 dəfə təkrarlatmırlar. Hətta komandirləri "Məni vur” desə belə, sorğusuz-sualsız onu vura bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi