Fransanın Bordo şəhərində maraqlı hadisə yaşanıb.
"Qaynar" xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı evsiz-eşiksiz şəxs 4 gün beşulduzlu mehmanxanada milyarder kimi yaşayıb. "Bomj" ödəniş etmədən hoteldən çıxmaq istəyərkən saxlanılıb və mehmanxanaya 2 min avro borcu olduğu məlum olub.
Həmin şəxs açıqlamasında bunu özünə xoş olduğundan və küçədə yatmamaq üçün etdiyini bildirib.
Həmçinin pulunun və əşyalarının oğurlandığını deyən "bomj" hotelə olan borcunu bank vasitəsilə ödəyəcəyini qeyd edib.
Qeyd edək ki, onu dələduzluq etdiyinə görə məhkəmə işi gözləyir.
Çingiz