İki polis vəhşicəsinə döyülüb
Ermənistanda hərbçilər polislərə hücum ediblər. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, hadisə paytaxt İrəvanda baş verib.
"Şərq mətbəxi" adlanan restoranın qarşısında hərbçilər yol polisi əməkdaşlarını vəhşicəsinə döyüblər. Xəsarət alan polis əməkdaşları - böyük müfəttişlər 38 yaşlı Artak Sarkisyan və 32 yaşlı Zoqrab Qalstyandır.
Onlar xəstəxanaya çatdırılıblar.
Polisləri döyənlər Müdafiə Nazirliyinin işçiləri olublar. Hadisənin motivi bilinmir.