Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Fəvvarələr meydanında.
Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.