FHN-NİN İKİ ƏMƏKDAŞI BİRİ-BİRİNİ QANA BOYADI-ÖLƏN VAR
Xəbər verilir ki, Avtovağzal adlanan ərazidə “VAZ-2106” markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib.
Mübahisədən sonra onlardan biri digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.
Hadisə zamanı avtomobil yoldan çıxaraq ağaclığa düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.Unikal.az