azia.az
azia.az

Polimer Materialları İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub

22-05-2023, 18:15


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutununFiziki-kimyəvi analizşöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosentSəidə Məmmədli, şöbənin mühəndisi Esfira İsgəndərova, Elmi-texniki informasiya və telekommunikasiya şöbəsinin elmi işçisi Romаn Əsədov, Azərbaycan Neft və Sənaye Universitetinin magistrantı Ülviyyə Çobanova və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisiÜlviyyə Cabbarlının həmmüəllifi olduqları “Synthesis and Investigation of Photosensitive Polymer” adlı məqalə “American Journal of Engineering Research” jurnalında (Volume-12, Issue-05, p-115-118)dərc olunub.https://www.ajer.org/papers/Vol-12-issue-5/1205115118.pdf

Məqalədə müəlliflər tərəfindən stirolun izopren ilə radikal birgəpolimerləşmə reaksiyaları həyata keçirilib. Yeni birgəpolimerin strukturu İQ analiz ilə təsdiqlənərək tərkibi müəyyən edilib. Aparılan reaksiyada stirolun nisbi aktivliyinin izoprenin monomerinin nisbi aktivliyindən (r1˃r2), r1=2,2; r2=0,27-dən yüksək olduğu aşkarlanıb. Q-e sxemi üzrə birgəmonomerlərin polyarlığı və aktivliyi hesablanıb. Birgəpolimerin fotohəssaslıqgöstəricisi(Ψ=55 sm2/C)müəyyən olunaraq tikilmə prosesinin ilk anlarda daha yüksək sürətlə reallaşdığıaşkar edilib. Spektral analizlərin nəticələrinə görəbirgəpolimerin fotohəssaslıq xassəsi ilə yanaşı yaxşı adgeziya, örtük əmələ gətirməvə digər litoqrafik xassələrə də malik olduğu aydınlaşdırılıb.

Qeyd edək ki, DOAJ (Directory of Open Access Journals), American National Engineering Database (ANED), Vixra, Google Scholar, Index Copernicus)kimi bazalara daxil olan jurnal 7.2 impakt faktora malikdir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi