azia.az
azia.az

AD GÜNÜN MÜBARƏK İGİD QƏZƏNFƏR

12-10-2022, 23:19



 

Bu gün Vətən müharibəsi Qəhrəmanı, əfsanəvi canlı igidimiz Qəzənfər Mahmud oğlu Ağayevin doğum günüdür. Bütün Xalq adından qəhrəmanımızı təbrik edir, ona can sağlığı və firəvan ömür arzu edirəm. 

 

IGİD QƏZƏNFƏR

 Günəş qürub edir, rəqs edir Xəzər, 

Sevinir kənd, oba, sevinir şəhər.

 Vətənə xoş soraq gəlib bu səfər; 

Düşmən məğlub olub, bizimdir zəfər. 

Artıq rahat yatsın şəhid ruhları, 

Mərd igid oğullar yudular qanı.

 Unutmaz bu oba, bu el onları,

 Şəhid adındakı hər bir mərd canı.

 Vətənin min igid oğul-qızı var,

 Onları yad edir bu el, bu diyar.

 O da öz qanıyla bil, yazdı zəfər, 

Elimə sevincdir, igid Qəzənfər. 

Vətən səninlə bil, fəxr edib əsgər,

 Ən isti məkanın olub buz səngər. 

Canınla sən yazdın sevincli zəfər,

 Elimin fəxrisən, igid Qəzənfər. 

Şəhid anasına sənsən təsəlli, 

Sən varsan- demək ki, yaşayır Vətən. 

Yazmısan qanınla tarixə ZƏFƏR, 

MƏRD ELİN MƏRD OĞLU- İGİD QƏZƏNFƏR! 

 

 

AYNUR NURLU



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi