azia.az
azia.az

Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri ilə görüş keçirilib

2-06-2022, 07:14

Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin baş direktoru Dr. Bilal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Polimer Materialları İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Kazım Quliyev, laboratoriya və şöbə müdirləri, o cümlədən SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri iştirak ediblər. Azərbaycanda işgüzar səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı əlaqələrin yaradılmasının əhəmiyyəti vurğulanıb. Birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması istiqamətlərində aparılan danışıqlar zamanı hər iki tərəfin gördüyü fundamental və tətbiqi işlərdən bəhs edilib, ortaq maraq doğuran sahələr üzrə elmi əməkdaşlıq və gələcək planlar təhlil edilərək ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri – Dr. Ayhan Ezdeşir, Dr. Maqsud Məmmədov, Başak Tuncer, Hilal Aykaç, Dr. Aysel Zahidova, Şahin Sarrafi, Dr. Alp Alparslan, Pikə Paşayeva və Polimer Materialları İnstitutunun alimləri – elmi katib, kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva, baş mühəndis, kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, kimya elmləri doktoru, dosent Nüşabə Qurbanova, kimya elmləri doktoru, professor Ağa Mustafayev, kimya elmləri doktoru, dosent Əlverdi Kərimov, kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova, kimya üzrə fəlsəfə doktoru, dosent Elnarə Aslanova, kimya üzrə fəlsəfə doktoru, dosent Sevil Maşayeva, kimya üzrə fəlsəfə doktoru Aynurə Məmmədova, Gülnarə Qasımova və digərləri iştirak ediblər.
Sonda qonaqlar institutun elmi nəticələri və nailiyyətləri, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri ilə əyani tanış olublar.
Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri ilə görüş keçirilib
Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri ilə görüş keçirilib
Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri ilə görüş keçirilib
Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri ilə görüş keçirilib
Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri ilə görüş keçirilib

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi