azia.az
azia.az

Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi” Fəxri fərmanı ilə təltif olunub

4-02-2022, 16:42

Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi”  Fəxri fərmanı ilə təltif olunub
AMEA-nın Polimer Materialları İnstitutunun “Nanopolimer kompozitlər” laboratoriyasının elmi işçi vəzifəsini icra edən institutun doktorantı Türkan Quliyeva Sumqayıt şəhər İcra Hakimiyyətinin “İlin gənc elmi işçisi” Fəxri fərmanı ilə təltif olunub.
2 fevral 2022-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt gənclərini təbrik edərək Azərbaycan gənclərinin sağlam böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.
Şəhər rəhbəri Ulu Öndər Heydər Əliyevin 2 fevral 1997-ci ildə imzaladığı Fərmana əsasən Azərbaycan Gəncləri Gününün keçirilməsini ölkənin gənc vətəndaşlarına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. Zakir Fərəcov əsası Ümummilli lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb, Azərbaycan gənclərinin bütün sahələrdə hərtərəfli uğur və nailiyyətlər əldə etdiklərini vurğulayıb. Bu gün gənclər dövlət orqanlarında, özəl sektorda və digər strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər. O qeyd edib ki, müstəqillik illərində formalaşan gənclik 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad edib. Son illər Sumqayıtda həyata keçirilən layihələrə diqqət çəkən Zakir Fərəcov qeyd edib ki, görülən bütün işlər gənclərin inkişafına, məşğulluğuna və asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edir.
Tədbirin sonunda Sumqayıt şəhərinin ictimai həyatında, təhsil, mədəniyyət və idman sahələrində nailiyyətlərə imza atan bir qrup gəncinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.


Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi”  Fəxri fərmanı ilə təltif olunub
Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi”  Fəxri fərmanı ilə təltif olunub
Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi”  Fəxri fərmanı ilə təltif olunub
Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi”  Fəxri fərmanı ilə təltif olunub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi