7 yaşlı uşağı öldürmək istəyənləə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan 7 yaşlı Alı Vəliyevin başına daşla vuraraq öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəyə səbəb 7 yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması olub.
M.Bağırov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham olunub.Pravda.az
Kamal Məmmədov