Polimer Materialları İnstitutu Türkiyəyə yardım kampaniyasına qoşulub
Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Türkiyədə baş verən zəlzələyə həsr olunaniclas keçirilib. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanlara dərin hüznlə baş sağlığı verib, yaralılara şəfa diləyib. Sonra təbii fəlakət qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda fəlakət bölgəsində zərərçəkənlərədəstək məqsədi ilə könüllülük əsasında maddi yardım edilməsi qərara alınıb.
Qısa müddət ərzində səfərbər olan Polimer Materialları İnstitutunun kollektivi “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyasına öz dəstəyini ifadə edərək 6.160 AZN ianə edib.